RU

“Atam qurultayda çıxışıma imkan vermirdi, mən sədr seçilmişəm” – Yenilənib


“Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında mən Partiyanın yeni sədri seçilmişəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya açıqlamasında Elçin Ağamalı bildirib.
Elçin Ağamalı deyib ki, qurultayda atası Fəzail Ağamalı sədr postundan istefa verib.
“Sədr postuna 4 nəfər namizəd olub. Günay Ağamalının namizədliyini Fəzail Ağamalı özü irəli sürüb. Mənim namizədliyi qurultay nümayəndələr tərəfindən irəli sürülüb. Fəzail Ağamalı mənim qurultayda çıxışıma imkan verməməyə çalışdı, təkidlərimdən sonra çıxış üçün 5 dəqiqə vaxt aldım. Qurultay nümayəndəlrinin mənə münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışdı. Buna baxmayaraq 155 qurultay nümayəndəsindən 100-dən artığının səsi ilə mən sədr seçildim”.

***14:55
Bu gün Ana Vətən Partiyasının (AVP) bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb.
AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.
Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb.
Fəzail Ağamalı deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.
Избранный
34
8
yeniavaz.com

5Источники