RU

Bu il Almaniyadan deportasiyalar ən çox Türkiyəyə və Gürcüstana həyata keçirilib

Berlin, 25 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Almaniyadan 17 min 651 nəfər deportasiya edilib. Bu, ötən illə müqayisədə təxminən 20 faiz çoxdur.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, deportasiya olunanların əksəriyyəti Türkiyəyə (1614 nəfər) və Gürcüstana (1379 nəfər) göndərilib. Ümumilikdə geri göndərilənlərin 3 min 95-i uşaq və yeniyetmə olub.

Qeyd edək ki, Almaniya hökuməti cinayət törətmiş əfqanları da tezliklə öz ölkələrinə deportasiya etməyi planlaşdırır. Almaniya və Taliban arasında Əfqanıstana deportasiyalarla bağlı danışıqların yekun mərhələdə olduğu bildirilir. Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt danışıqlarda irəliləyişin əldə olunduğunu, deportasiyaların təkcə çarter reysləri ilə deyil, həm də adi kommersiya uçuşları ilə həyata keçirilə biləcəyini açıqlayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
101
3
azertag.az

4Источники