“Şəmkir” futbol klubunu müvəqqəti olaraq baş məşqçinin köməkçisi Kamran İsmayılov çalışdıracaq.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kamran İsmayılov komandanın qarşıdakı oyunlarına rəhbərlik edəcək və məşq prosesi onun nəzarəti altında davam edəcək.
Qeyd edək ki, bölgə təmsilçisi dörd gün əvvəl baş məşqçi Vüqar Nadirovla yollarını ayırıb.