RU

MPL: "Araz-Naxçıvan" - "Sabah" oyununda heyətlər açıqlandı, "Zirə" "Sumqayıt"a qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında 9-cu tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 2 oyun keçiriləcək.

Turun mərkəzi oyununda "Araz-Naxçıvan" ilə "Sabah" münasibətlərinə aydınlıq gətirəcəklər. "Liv Bona Dea Arena"da baş tutacaq və saat 16:00-da start götürəcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Günə "Zirə" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq. 18:30-da başlayacaq matçın start fitini Rauf Cabarov səsləndirəcək.

Qeyd edək ki, turun açılış oyunlarında "Turan Tovuz" "Karvan-Yevlax"ı 2:1, "İmişli" isə "Kəpəz"i 3:0 hesabı ilə yenib. Sabah keçiriləcək "Qəbələ" - "Neftçi" və "Qarabağ" - "Şamaxı" oyunları ilə tura yekun vurulacaq. 

Misli Premyer Liqası
9-cu tur
25 oktyabr 

16:00. "Araz-Naxçıvan" – "Sabah"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə, Cəmil Quliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mərdəkan. "Liv Bona Dea Arena"

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sabah”: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

18:30. "Zirə" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev, Namiq Hüseynov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Zirə İdman Kompleksinin stadionu

Избранный
26
3
fanat.az

4Источники