RU

Qubadlı zəfəri – Tarixi ədalətin və qəhrəmanlığın təntənəsi

2020-ci ilin 25 oktyabr tarixi Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb. Məhz həmin tarixdə şanlı Ordumuzun hər bir üzvünün, şəhidlərimizin qanı-canı bahasına Qubadlı işğaldan azad edilib. Hazırda bu torpaqlarda öz tarixi sahibləri addımlayır.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Qubadlının azad edilməsi Vətən müharibəsinin taleyində mühüm rol oynadı:

“Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki Ermənistan silahlı qüvvələri həmin yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ordumuz peşəkarlıq və fədakarlıq göstərərək əvvəlcə şəhərə hakim olan yüksəklikləri erməni hərbi birləşmələrindən təmizlədi, daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndlərini və strateji yüksəklikləri ələ keçirildi. Bununla da yenilməz Azərbaycan Ordusunun qarşısında aciz qalan ermənilər xeyli canlı qüvvə və texnika itkisi verərək tarixi ərazimizi əbədi tərk etdi”.

Deputat bildirib ki, Ermənistan tərəfi işğal dövründə Azərbaycanın digər ərazilərində olduğu kimi, Qubadlıda da qanunsuz məskunlaşdırma siyasəti aparmışdı:

“Belə ki, işğal dövründə Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı rayonunun Xanlıq kəndində qeyri-qanuni məskunlaşdırmışdılar. Beynəlxalq hüquqa və Cenevrə Konvensiyasına görə işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törətmiş hesab olunur. İşğal dövründə bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri beynəlxalq hüququ ayaqlar altına atan, cəzasızlıq mühitindən daha da sui-istifadə edərək müxtəlif təxribatlara əl atan Ermənistana dur deməli, onun qanunsuz hərəkətlərinin qarşısını almalı idi. Ancaq biz bu istiqamətdə heç bir əməli addımın atıldığını görmədik. Azərbaycan bu məsələdə də ədaləti və beynəlxalq hüququ özü bərpa etdi”.

Избранный
11
2
aznews.az

3Источники