Qəbələdə bədii gimnastika üzrə “Grace of Nature” adlı turnir davam edir.
90deqiqe.Az-ın məlumatına görə, “İdman Paytaxtı” Qəbələdə keçirilən yarış Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunub.
Yarışın ikinci günündə 2014, 2015 və 2016-cı il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə çıxış ediblər.
Turnir oktyabrın 26-da başa çatacaq. Ümumilikdə, yarışda ölkənin müxtəlif bölgələrindən olan 20 klubdan 203 fərdi gimnast və 8 qrup komandası mübarizə aparır.