RU

Bulvarda konsert və atəşfəşanlıq olacaq

BAKI, 25 oktyabr. TELEQRAF

Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq təşkil olunacaq.

Teleqraf xəbər verir ki, proqram Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

8 noyabr saat 20:00-da start götürəcək konsert bulvarda saat qülləsinin yanında keçiriləcək. Konsertdən sonra atəşfəşanlıq baş tutacaq.

Избранный
68
teleqraf.com

1Источники