RU

Ağdam Rayon Mərkəzi Xəstəxanasının növbəti mərhələ üzrə tikintisinə 9,5 milyon manat sərf ediləcək

Bakı. Trend:

Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) üçüncümərhələ üzrə tikintisinə başlanılır.

Trend xəbər verirki, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrininmüdiriyyəti bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.

Eyni zamanda nazirlik xəstəxananın bu nərhələ üzrə tikintisinə9,5 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli 2022-ciildə qoyulub. 6 hektardan çox ərazidə inşa olunan bu tibbmüəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə,travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya,LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər,anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat blokufəaliyyət göstərəcək.

Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativpoliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksionaldiaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinikdiaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin RegionalKardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiyacihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isəstasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyacyaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.

Избранный
28
10
az.trend.az

10Источники