RU

Tramp Venesuelada narkotik istehsal obyektlərinə zərbə endirə bilər

BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisində yerləşən kokain istehsalı müəssisələrinə və narkotrafik marşrutlarına hərbi zərbələr endirməyi planlaşdırır.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Amerika administrasiyasındakı mənbələr açıqlayıb.

“Tramp Venesuela ərazisində narkotik istehsalı ilə məşğul olan müəssisələri və narkotrafik marşrutlarını hədəfə alma planlarını nəzərdən keçirir”, - məlumatda bildirilir.

Mənbənin sözlərinə görə, hələlik yekun qərar qəbul edilməyib. Müzakirələrdə iştirak edən rəsmi şəxslərdən biri qeyd edib ki, Trampa bir neçə əməliyyat variantı təqdim olunub və planlaşdırma ABŞ hökuməti səviyyəsində aparılır.

Избранный
134
teleqraf.com

1Источники