RU

Qəzzada atəşkəsə cavabdeh şəxs bəlli oldu

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Dövlət Departamenti təcrübəli diplomat Stiven Feyqinin Qəzza zolağında atəşkəsi izləyən və qoruyan Mülki-Hərbi Koordinasiya Mərkəzinin rəhbəri olacağını elan edib.

Oxu.Az xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

Feyqin hazırda ABŞ-nin Yəməndəki səfiri vəzifəsində çalışır. O, bundan əvvəl İraqdakı səfirlikdə, Ərbildəki ABŞ Baş Konsulluğunda, ABŞ Dövlət Departamentinin İran İşləri Ofisində, habelə qurumun Cənubi və Mərkəzi Asiya Bürosunda rəhbər vəzifələrdə işləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
100
2
oxu.az

3Источники