RU

Belarusda “VKontakte” saytı bloklandı


Belarusda “VKontakte” saytına giriş bloklanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Naşa Niva” Belarus Dövlət Telekommunikasiya Müfəttişliyinin sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, oktyabrın 24-də ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin müraciəti əsasında sayta giriş məhdudlaşdırılıb. Bloklamanın səbəbləri məlum deyil.
“Beltelecom” kimi bəzi operatorlar artıq vebsayta girişi itiriblər.
“Belta”ya görə, mobil proqram fəaliyyətini davam etdirir; yalnız “VKontakte”nin masaüstü versiyası bloklanıb.
“VKontakte”nin mətbuat xidmətindən bildiriblər ki, şirkət vəziyyəti nəzərdən keçirir və sosial şəbəkənin Belarusdakı milyonlarla istifadəçisi üçün xidmətlərini mümkün qədər tez bərpa etmək üçün lazım olan hər şeyi edir.
Избранный
38
yeniavaz.com

1Источники