Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasının təfərrüatı məlum olub. Gununsesi.info tanınmış vəkilin yaxınları ilə əlaqə saxlayıb.
Onların sözlərinə görə, Zabil avtomobilini yumaq üçün evdən çıxıb: "Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orada maşını yuyan adamla sözləşib. Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atıb, amma dəyməyib. Sonra uzaqlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar".
Tarix: 24 Oktyabr 2025, 23:06