RU

“Rusiya TRİPP layihəsini diqqətlə izləyir” - Mübariz Göyüşlü

“TRİPP, yəni “Tramp yolu” adlanan layihənin mahiyyəti Rusiya tərəfindən diqqətlə öyrənilir. Layihə çərçivəsində əsas suallar belədir: yol hansı şərtlərlə ABŞ tərəfindən istifadə ediləcək, amerikalı şirkətin missiyası nə olacaq, Rusiyanın hərbçilərinin statusu necə olacaq. Perspektiv və digər strateji məsələlər həm ABŞ, həm də Rusiya tərəfindən dəqiqləşdirilməlidir. Rusiya eyni zamanda erməni cəmiyyətinə mesaj verir ki, bölgədə hələ də Moskvanın mövcudluğu qorunur və proseslər üzərində təsirini saxlayır. Xüsusilə Rusiyapərəst qüvvələr üçün bu mesajlar əhəmiyyətlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoq çərçivəsində TRİPP (və ya Zəngəzur dəhlizi) məsələsi müzakirə olunub. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, danışıqlar strateji əhəmiyyət daşıyır və tərəflər layihənin şərtlərini, iştirakçıların rolunu və regional təsirləri diqqətlə qiymətləndirirlər.

Избранный
79
aznews.az

1Источники