RU

Almaniyanın xarici işlər naziri Çinə səfərini qəfil ləğv etdi

BAKI, 24 oktyabr. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun oktyabrın 26-da Çinə planlaşdırılan səfəri ləğv edilib.

Teleqraf "Bild"ə istinadən xəbər verir ki, Çin tərəfi yalnız xarici işlər naziri Vanq Yi ilə görüşü təsdiqlədiyi üçün təxirə salınıb.

Qeyd edək ki, Almaniya Çinlə nadir torpaq elementləri və yarımkeçiricilərin ixracına qoyulan məhdudiyyətləri, həmçinin Tayvanla bağlı siyasi fikir ayrılıqlarını müzakirə etmək niyyətindədir.

"Bu günlərdə Çin tərəfi ilə müzakirə etmək istədiyimiz çoxlu sayda məsələlər var idi", - Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

Nazirlər qeyd olunan məsələləri telefon danışığı ilə müzakirə edəcəklər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakong bildirib ki, Almaniya separatçıları dəstəkləyir.

Избранный
74
teleqraf.com

1Источники