RU

“Biz yalnız oyuna çıxmırıq, qalib gəlmək istəyirik” - Mbappe “El-Klasiko” öncəsi danışdı

“Real”ın fransız hücumçusu Kilian Mbappe La Liqanın X turunda “Barselona” ilə keçiriləcək oyundan öncə fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı forvard bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bu, hər kəsin izləmək istədiyi oyundur. Klub səviyyəsində bundan daha xüsusi heç nə yoxdur. Bunu yalnız vacib Çempionlar Liqası oyunları ilə müqayisə etmək olar, amma La Liqa səviyyəsində ‘Real’ – ‘Barselona’ matçına bənzər heç nə yoxdur. Biz yalnız oyuna çıxmaq istəmirik, qalib gəlmək istəyirik.”

Qeyd edək ki, matç oktyabrın 26-da Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.La Liqada 10 turdan sonra “Real” 24 xalla turnir cədvəlinin lideridir. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Избранный
119
90deqiqe.az

1Источники