RU

Türkiyədə bu telekanala qəyyum təyin olunub Casusluq ittihamı üzrə iş böyüyür

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Casusluq ittihamçı üzrə bu gün saxlanılan Merdan Yanardağın baş redaktor vəzifəsində çalışdığı müxalifyönlü "TELE1 TV"yə qəyyum təyin edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu açıqlama yayıb.

Bildirilib ki, Baş Prokurorluğun tələbi ilə kanalın idarəetməsi Əmanətlərinin Sığorta Fonduna (ƏƏSF) verilib.

Məlumata görə, bu qurum da TELE1 TV-nin sahibi olan "ABC Radio, Televiziya və Rəqəmsal Yayım Inc." şirkətinə qəyyum təyinatına imza atıb. 

Xatırladaq ki, TELE1 TV-nin baş redaktoru Merdan Yanardağ casusluq ittihamı ilə saxlanıldığı cinayət işində Əkrəm İmamoğlu ilə onun seçki qərargahının sədrinin adı da hallanır. Onlar da bu iş üzrə ifadə verəcəklər.

Bu barədə aşağıdakı linkdən ətraflı oxuya bilərsiniz:

https://mia.az/w1090906/imamoglu-ve-yanardag-israile-casusluqda-ittiham-olunur-jurnalist-saxlanilib-2025-10-24-122946

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
75
mia.az

1Источники