RU

“Regionlarda ali təhsil müəssisələrinin yaradılması zəruridir” Deputat

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda ali təhsil müəssisələrinin böyük əksəriyyəti paytaxt Bakıda cəmlənib. Son illərdə regionlarda bu istiqamətdə müəyyən addımlar atılsa da, bəzi bölgələrdə hələ də ali təhsil infrastrukturu formalaşmayıb.

Gununsesi.info-ya danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, dünya ölkələrinin ən kiçik şəhərlərində belə universitetlərin fəaliyyət göstərməsi artıq norma halını alıb.

Onun sözlərinə görə, bu tədris ocaqları yalnız təhsil verməklə kifayətlənmir, həm də regionların sosial və iqtisadi inkişafında mühüm rol oynayır.

“Bu, ilk növbədə sosial məsələdir. Universitetlərin yaradılması sosial fəallığın artmasına, insanların dünyagörüşünün genişlənməsinə və bölgələrin canlanmasına səbəb olur” – deyə deputat əlavə edib.

Elçin Mirzəbəyli qeyd edib ki, Türkiyə təcrübəsini nümunə gətirərək bildirib ki, demək olar, hər şəhərdə, hətta kiçik şəhərlərdə belə universitetlər mövcuddur:

“Bir universitetdə 30-40, bəzən 50 min tələbə təhsil alır. Bu isə həmin regionda sosial və iqtisadi reallıqların dəyişməsinə, turizmin inkişafına və yeni iş yerlərinin yaranmasına zəmin yaradır”.

Mütəxəssislərin fikrincə, yaradılacaq yeni universitetlər gələcəkdəki iş imkanlarına uyğun kadrlar hazırlamalıdır.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
icma.az

1Источники