RU

Rusiya Azərbaycanla əməkdaşlıq edən jurnalisti “xarici agentlər” siyahısına saldı

Rusiya Azərbaycan vətəndaşı, şərqşünas Ruslan Süleymanovu “xarici agentlər” siyahısına daxil edib. O, Azərbaycan Diplomatik Akademiyası (ADA) və CBC-Azerbaijan telekanalı ilə əməkdaşlıq edir.

Musavat.com xəbər verrir ki, onun atası Lökbatandan, anası isə İrkutskdan olan azərbaycanlıdır.

2017-ci ildən 2022-ci ilə qədər Ruslan Süleymanov TASS xəbər agentliyində çalışıb. Rusiyanın Ukraynaya işğalı başladıqdan sonra etiraz olaraq agentliyi tərk edib.

O, həmçinin “Paxlava Production” kanalının müəllifidir.

Ruslan Süleymanov İnkişaf və Diplomatiya İnstitutunda müstəqil tədqiqatçıdır. O, Azərbaycan və onun regional və qlobal oyunçularla əməkdaşlığı haqqında çoxsaylı məqalələr yazıb.

Musavat.com

Избранный
68
4
musavat.com

5Источники