RU

“Barselona”nın gənc ulduzu “Real”ı tənqid etdi

“Barselona”nın gənc hücumçusu Lamin Yamal ispan “Kings League” media-turnirində iştirak edən “Porsinos” komandasının oyun tərzini Madrid “Real”ına bənzədib.

90deqiqe.Az-ın məlumatına görə, 18 yaşlı futbolçu turnirin birbaşa yayımına qatılarkən bu haqda belə deyib:

“Bəli, əlbəttə. Onlar hiyləgərlik edir və daim şikayətlənirlər.”

Jurnalistlər daha sonra ondan “Səncə, ‘Real’ doğrudanmı hiyləgərlik edir?” – deyə soruşublar. Yamal isə gülərək cavab verib:

“Görəcəyik.”

Qeyd edək ki, “Barselona” və “Real” İspaniya La Liqasının X turu çərçivəsində qarşılaşacaq. Oyun bazar günü Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Избранный
85
15
90deqiqe.az

10Источники