RU

Aİ "Meta" və "TikTok"u qaydaları pozmaqda ittiham edir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) "Meta" və "TikTok" şirkətlərini RəqəmsalXidmətlər Qanununun tələblərini pozmaqda ittiham edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir

Aİ Komissiyasının ilkin nəticələrinə əsasən, hər iki platformatədqiqatçılara ictimaiyyətə açıq məlumatlara çıxış imkanı verməyib.Bundan əlavə, "Meta" istifadəçilərə "Facebook" və "Instagram"daqanunsuz məzmunu bildirmək və məzmunla bağlı qərarlara etiraz etməküçün sadə və effektiv mexanizmlər təqdim etməyib.

Komissiya bildirir ki, ittihamlar təsdiqlənərsə, şirkətlərəciddi maliyyə sanksiyaları tətbiq oluna bilər. Qanuna görə, qaydapozuntusuna yol verən platformalara Avropa bazarındakı illikdövriyyələrinin 6 faizinə qədər cərimə kəsilə bilər.

Aİ həmçinin xəbərdarlıq edib ki, pozuntular təkrarlanarsa, həminşirkətlərin Avropadakı fəaliyyətinin dayandırılması gündəmə gələbilər.

Избранный
39
4
az.trend.az

5Источники