ABŞ-da ukraynalı qadının qatilinə ölüm cəzası verilə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
ABŞ-da 23 yaşlı ukraynalı İrina Zarutskayanı amansızlıqla qətlə yetirən Dekarlos Braun gənc qadının qəsdən öldürülməsində ittiham olunur.
Nəşrin məlumatına görə, böyük münsiflər heyətinin qərarı bu iş üzrə ölüm cəzasının tətbiqinə imkan yaradır.
İstintaq materiallarına əsasən, Braun psixi problemlərdən əziyyət çəkib və cinayətdən əvvəl “səslər eşitdiyini” bildirib, lakin heç bir müalicə almayıb.
Zərərçəkənin ailəsinin vəkili Loren Nyuton deyib ki, yaxınları ittiham aktının təqdim edilməsindən məmnundurlar və ədalətin bərpasını gözləyirlər
Xuraman Etibarlı
İnterpress.az
.