RU

Zahid Orucdan Ramiz Mehdiyev haqqında SƏRT SÖZLƏR: "Mehdiyevin aşkar edilmiş cinayətləri..."

Zahid Oruc  təxribatçıları İFŞA ETDİ 

Prezident Administrasiyasının sabiq rəhbəri,Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti,akademik Ramiz Mehdiyev barəsində DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılması və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən  4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilməsi cəmiyyətdə böyük müzakirələrə səbəb olub.
Məlumata görə,Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:
278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;
274-cü maddə – dövlətə xəyanət;
193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).
Qeyd olunan informasiya yayıldıqdan sonra Ramiz Mehdiyevin ətrafında müxtəlif  adlar hallanmağa başladı.Həmin müzakirələr fonunda xaricdə oturub,işləri saxta məlumat hazırlamaq olan,bir qrup dəstə də fəallaşmağa başladı.Başda Məhəmməd Mirzəli olmaqla digərləri  “feyk” məlumatlar  hazırlamaqla ictimaiyyəti çaşdırmağa çalışdılar.Onların hədəfinə tuş gələnlərdən biri də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri,Azərbaycan Prezidentinə və Dövlətinə daim  sadaqət sərgiləyən millət vəkili Zahid Oruc oldu.
Qeyd edək ki,mediada yayılan son məlumatlarda Zahid Orucun Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu,ondan “dövlət adamı” obrazı düzəltməyə çalışdığı və “ata” adlandırdığı vurğulanırdı.
Bu və digər məsələlərlə bağlı  millət vəkili  Zahid Oruc  Oxu24.com  saytına açıqlama verib.Həmin açıqlamanı təqdim edirik:

“Xəyanət bütün hallarda bağışlanılmazdır.Onu törədənlər ən ağır cəzaya layiqdir.Mehdiyevin aşkar edilmiş cinayətləri özünü intihar və ya onun özünə qəsdidir.Çünki,bir adamın çevrəsində  10-20-30-50 adamın olması və Dövlət əleyhinə nəyisə etmək cəhdi yalnız ağılsızlıq kimi qiymətləndirilməlidir.Bu kimi hərəkətlərə  hətta Azərbaycan torpaqlarının işğal altında  olduğu dövrdə cəhd edilsə də onların  qarşısı qətiyyətlə alınmış və heç bir  ciddi nəticə doğurmamışdır. 
Şükr olsun,millətimiz və Ali Baş Komandanımızın rəhbərliyi altında Ramiz Mehdiyev sayaq  fikirləşənlər  hər zaman dəf edilib.Onların etmək istədikləri inqilablar  istər rəngli olsun,istər rəngsiz  sonu uğursuzluqla nəticələnib.Amma,Dövlət qorunub,saxlanıb daha da möhkəmlənib.İndi isə qələbə dövründə bu cür cəhdlərin heç bir   uğurlu nəticəsi olası mümkün görünmür.
İkincisi,keçmiş dövrə bağlı söylənilən hər hansı iki,üç cümlə üzərində insanları hansısa komandalara,dairələrə,qruplara,maraqlara bölüb,linc edəndə bu bir nəfərin hamıya qarşı müharibəsinə bənzəyir.
Избранный
84
yenilik.az

1Источники