RU

Özbəkistan Prezidenti Brüsseldə Avropanın aparıcı şirkət və banklarının rəhbərləri ilə görüşdü

BAKI, 24 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Brüsseldə Avropanın aparıcı şirkət, bank və korporasiyalarının rəhbərləri ilə görüşlər keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Görüşdə “Vandewiele”, “Linde”, “Rhenus Logistics”, “Ahlers Logistics”, “Lasselsberger Group”, “Pietro Fiorentini”, “NextChem”, “Meridiam”, “SUEZ”, “FMO”, “European Investment Bank”, “Commerzbank”, KfW, “Textima”, “Chimcomplex” və “Metso” şirkətləri və banklarının rəhbərləri iştirak edib.

Prezident bildirib ki, Avropanın aparıcı şirkətlərinin dialoqda iştirakı yüksək qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlığa sadiqliyin ifadəsidir. Qeyd edilib ki, Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması Özbəkistan və Avropa İttifaqı arasında münasibətlərdə yeni eranın başlanğıcı olacaq.

Son 7 ildə tərəflər arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Avropa kapitalı ilə birgə müəssisələrin sayı 1000-i keçib. Bu göstəricilər investorların Özbəkistanda iqtisadi islahatlara inamının getdikcə artdığını göstərir.

Избранный
74
teleqraf.com

1Источники