Ukraynada qatarda qumbara partlayıb, 4 nəfər ölüb- FOTO
Ajans.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Məlumatda deyilir ki, Jitomir vilayətinin Ovruç şəhərində bir kişi qatarda qumbara partladıb.Məlumata görə, 4 nəfər ölüb, 12 nəfər yaralanıb.İlkin məlumatlara əsasən, qumbaranı partladan axtarışda olan şəxs olub.Hadisə ilə bağlı araşdırmalar davam edir.