RU

Növbəti köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb, açarlar təqdim olunub

Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə 18 ailə - 61 nəfər doğma yurduna qayıdıb.

Seyidbəyli kəndinə qayıdan sakinlərə evlərinin açarları təqdim edilib. Mərasimdə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qeyd edib ki, kəndə sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün lazımi şərait yaradılıb. Kənddə sosial infrastruktur tam yenilənib, kommunal xidmətlər bərpa olunub və zəruri təminat işləri yekunlaşdırılıb.
O, həmçinin vurğulayıb ki, bölgədə məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan ailələr üçün dövlət və özəl sektorda iş imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür.

Избранный
61
3
apa.az

8Источники