RU

"Qalatasaray"a keçəcəyi deyilən Salah "Liverpul"un adını sosial şəbəkə hesablarından sildi - SKRİNŞOT

"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah Mersisayd klubunun adını bütün sosial şəbəkə hesablarından silib.

Fanat.Az xəbər verir ki, misirli ulduz bu addımı UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində "Ayntraxt"a qarşı keçirdikləri səfər matçında (5:1) "start 11-liy"ə düşməyəndən sonra atıb.

Baş məşqçi Arne Slotun Frankfurtdakı matçın 74-cü dəqiqədə meydana buraxdığı Mo bu hərəkəti ilə İngiltərə nəhəngindən ayrılmaq istəyini əyani şəkildə qoyub:

Salahın profili "Ayntraxt"la oyuna qədər:

Salahın profili "Ayntraxt"la oyundan sonra: 

Qeyd edək ki, Salahın adı "Qalatasaray"la yanaşı çəkilir. İstanbul klubunun ulduz futbolçunu qış transfer pəncərəsində "sarı-qırmızılar"a qoşulacağı barədə yerli mətbuatda məlumatlar dərc edilib. Onun "qırmızılar"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat
 

Избранный
60
2
fanat.az

3Источники