RU

Tanınmış vəkil saxlanılıb

Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.

Ölkə.Az "Report"a istinadən xəbər verir ki, o, avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirməkdə təqsirləndirilir.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, bir müddət öncə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Избранный
86
olke.az

1Источники