
Gəncədə tanınmış vəkil saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, tanınmış vəkil Zabil Qəhrəmanov ötən gün saxlanılıb.
Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Vəkilin hansı səbəbdən saxlanıldığı hələ məlum deyil.
Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.