RU

Azərbaycan türk dövlətləri arasında startaplar və innovasiyalar platforması yaradılmasını təklif edib

Bakı. Trend:

Türk dövlətləri arasında startaplar və innovasiyalar sahəsindəəməkdaşlıq üzrə Platformanın yaradılmasını təklif edirik.

Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıdakeçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərininsənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasınıngedişində bildirib.

“Türk dövlətlərinin startaplar sahəsində birgə fəaliyyətinitəşviq etmək, innovativ ideyaların reallaşdırılmasını təmin etməkvə regional bazarlara çıxışı genişləndirmək məqsədilə startaplar vəinnovasiyalar üzrə əməkdaşlıq üçün yeni bir format – TürkDövlətlərinin Startaplar və İnnovasiyalar üzrə ƏməkdaşlıqPlatformasının yaradılmasını təklif edirik”, - deyə nazir qeydedib.

M.Cabbarovun sözlərinə görə, bu platforma innovasiyalar,startaplar və rəqəmsal iqtisadiyyat sahələrində üzv ölkələrarasında əməkdaşlığın əlaqələndirilməsini təmin edəcək, həmçininbiliklərin, təcrübənin və texnoloji resursların mübadiləsi üçünvahid mexanizm rolunu oynayacaq.

“Bu təşəbbüs regionda innovativ inkişafı sürətləndirəcək və gəncsahibkarların potensialını reallaşdırması üçün yeni imkanlaryaradacaq”, – nazir əlavə edib.

Məqalədə:
Избранный
95
2
az.trend.az

3Источники