Müğənni Kərim Abbasov Xalq artisti Samir Cəfərovun ünvanına sərt fikirlər səsləndirib.
NOCOMMENT.az xəbər verir ki, K.Abbasov deyib ki, Samir Cəfərovun bir dəfə canlı ifasını görmüşəm, o da bərbaddır
“Samir Cəfərovun xaric, biabırçı oxumağı qarşıma çıxdı, mən də paylaşdım. Samir Cəfərov çox insanlar vasitəsi ilə mənə zənglər elətdirib hədə-qorxu gəldi. Hətta dedi, Daxili İşlər Nazirliyinə şikayət edəcəyəm. Əgər sənin ifan biabırçı günündədir və səni təhqir etmədən, tənqid edirəmsə, buna nə məhkəmə, nə də DİN baxır. Sən bunu ictimaiyyətə təqdim etmisənsə, biz bunu müzakirə edə bilərik.
Demişəm ki, nə vacibdir belə oxuyursunuz, gedib fonoqram oxuyun. Vatsapda onun ifalarından 9 ədəd video göndərdilər. Bərbad ifalardır, istər toyda, istər konsertdən olan”..
Videonu təqdim edirik: