RU

Dövlət Mühafizə Xidmətinin işçilərinin maaşlarının məbləği təsdiqlənib

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”ni təsdiq edib.

Qərara əsasən, “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri” təsdiqlənib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları üçün tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
7
icma.az

8Источники