RU

Manatla bağlı vəziyyət kəskin dəyişdi – Dolların taleyi…

Azərbaycanın valyuta bazarında son aylarda maraqlı tendensiya müşahidə olunur. Əhali dollar almaqdan çox satmağa başlayıb. Bu, insanların manata olan inamının artdığını və dolların mövqeyinin nisbətən zəiflədiyini göstərir.

Bu tendensiya davam etsə, bazarda dolların qiymətində azalma mümkündürmü?

Publika.az xəbər verir ki , Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, insanlar dolları xırdalayıb yerli valyutaya çevirməyə üstünlük verirlər:

“Son dövrlərdə bəzi şəxslər qeyri-peşəkar proqnozlar verərək vətəndaşlar arasında əsassız ajiotaj yaradıb, onları dollar almağa təşviq edirdilər. İqtisadi və maliyyə savadı zəif olanlar isə belə panikaya asanlıqla qapılır və kütləvi şəkildə banklara axın edir, pullarını dollara çevirirdilər. Hətta nəticədə banklar dollar alışını şəxsiyyət vəsiqəsi ilə məhdudlaşdırmaq qərarına gəldilər və valyuta alan şəxslər barədə müəyyən qeydlər aparmağa başladılar. Lakin vətəndaşlar bilməlidirlər ki, hazırda dolların bahalaşması üçün real iqtisadi əsas yoxdur. Devalvasiyanın olması üçün neft qiymətlərinin kəskin enməsi və ölkəyə daxil olan gəlirlərin azalması kimi amillər lazımdır. Halbuki indi durum tam əksinədir. Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı artıb, bu da ölkəyə daxil olan xarici valyutanın həcminin çoxalmasına səbəb olub. Neftin qiymətində ciddi azalma müşahidə edilmir, dövlət büdcəsində isə profisit (artıq gəlir) yaranıb. Belə şəraitdə dolların məzənnəsinin yüksəlməsi üçün heç bir iqtisadi zəmin yoxdur”.

Избранный
37
9
publika.az

10Источники