Qazaxıstan hökuməti Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsini təsdiqləyib.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin qərarında qeyd olunub.
Sazişə əsasən, tərəflər əməkdaşlığı neft-qaz, bərpa olunan enerji mənbələri və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf etdirəcəklər.
Bildirilir ki, bu sənəd iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi və regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.