RU

Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri

“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, reqlamentə əsasən iştirakçı səkkiz komanda hər birində dörd iştirakçı olmaqla iki qrupa bölünüb.

Millimiz A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qızıl, gümüş və bürünc medalçıların adlarına isə iki gün sonra - noyabrın 11-də keçiriləcək.

Избранный
59
9
football-plus.az

10Источники