RU

“Məğlubiyyəti qəbul edib nəticə çıxarmalıyıq”

“Roma” klubunun baş məşqçisi Can Pyero Qasperini UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı alınan 1:2 hesablı məğlubiyyəti şərh edib.

 90deqiqe.Az-ın məlumatına görə, matçdan sonra "canavarlar"ın baş məşqçisi Qasperini komandasının oyunundan narazı qaldığını bildirib:

“Oyun istədiyimiz kimi alınmadı. Səylərimiz kifayət qədər deyildi. Yalnız penalti sayəsində qol vura bildik, əks halda bu da olmayacaqdı. Əlbəttə, qol epizodları barədə danışmaq mümkündür, amma düşünməli çox məqam var. Bu məğlubiyyəti qəbul edib onun üzərində düşünməliyik.”

İtaliya paytaxtında baş tutan görüşdə “Roma” gözlənilməz nəticə ilə üzləşib.

Избранный
85
90deqiqe.az

1Источники