Ötən gün avrokuboklarda keçirilən oyunlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Ölkəmiz sıralamada 25-ci yerdə qərarlaşıb. Azərbaycanın cari mövsümkü reytinqi 4,875-ə, son 5 ildəki göstəricisi isə 22.000-yə bərabərdir.
Ancaq qonşularımız xal ehtiyatını artıraraq Azərbaycana əhəmiyyətli dərəcədə yaxınlaşıb. Konkret, ötən gecə Sloveniyanın "Sele" klubu UEFA Konfrans Liqasında qələbə qazanıb. Komanda İrlandiyada "Şemrok Rovers"i iki cavabsız qolla üstələyib. Əmsalını 21.718-ə çatdıran Sloveniya 26-cı pilləyə yüksəlib. Serbiya (22.375) 24-cü sıradadır.
Yeri gəlmişkən, "Sele" bu yay UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi "Sabah"ı mübarizədən kənarlaşdırıb (2:3, 3:3-əlavə vaxtda).
Qeyd edək ki, Çempionlar Liqasında yarışan Azərbaycan çempionu "Qarabağ" son İspaniyada "Atletik Bilbao"ya uduzaraq (1:3) ölkəmizin xal ehtiyatını artıra bilməyib.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (99.005) başçılıq edir.