RU

Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Doğru.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət belədir:

1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;

11. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

12. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.

NİİM sürücülərə sıxlıq olan istiqamətlərdə alternativ yollar seçməyi tövsiyə edir.

DOĞRU.AZ

Избранный
132
49
dogru.az

10Источники