Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi imzalamağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaichi Milli Assambleyanın açılış iclasında çıxışı zamanı bəyan edib.
Takaichinin sözlərinə görə, Tokio ilə Moskva arasında münasibətlər hazırda mürəkkəb olsa da, hökumətin əsas hədəfi “Şimal əraziləri” məsələsini həll etmək və bunun əsasında sülh müqaviləsini imzalamaqdır.
“Yaponiya və Rusiya arasında münasibətlər çətindir, lakin hökumətimizin siyasəti bu problemi həll etmək və sülh müqaviləsinə nail olmaqdan ibarətdir,” – deyə baş nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Yaponiya hökuməti Ukraynada davam edən münaqişəni tənqid etməyə və beynəlxalq hüququn prinsiplərinə sadiq qalmağa davam edəcək.
//Gülnarə Abasova, Editor.az