RU

Azərbaycanda elektrik skuterləri QADAĞAN EDİLİR?

Son aylarda Avropanın bir sıra şəhərlərində - o cümlədən Paris, Madrid və son olaraq Çexiyada - ictimai təhlükəsizlik və infrastrukturla bağlı səbəblərdən elektrik skuterlərinin istifadəsinə məhdudiyyətlər qoyulub və ya tam qadağa tətbiq edilib. Bu qərarlar Azərbaycanda da oxşar addım atılıb-atılmayacağı barədə suallar yaradıb.

Day.Az-ın məlumatına görə, nəqliyyat eksperti Aslan Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bəzi Avropa ölkələrində skuterlərin qadağan edilməsinin əsas səbəbləri iqlim və infrastruktur amilləridir:

"Belə ölkələrdə hava şəraiti il ərzində skuterlərdən istifadə üçün uyğun olmur. Soyuq iqlim şəraiti, yağışlı və qarlı hava səbəbindən skuterlərin istifadəsi məhdudlaşır. Nəticədə bu nəqliyyat vasitələrinə ehtiyac da azalır. Azərbaycanda isə vəziyyət tam fərqlidir. Skuterlər son illərdə, xüsusən də gənclər arasında populyarlıq qazanıb. Onlardan daha çox istirahət və əyləncə məqsədilə, eləcə də dənizkənarı bulvar ərazisində istifadə olunur," - deyə ekspert vurğulayıb.

Aslan Əsədovun sözlərinə görə, Azərbaycanda skuterlərin istifadəsinə qadağa qoyulması ehtimalı hazırda gündəmdə deyil:

"Bu nəqliyyat vasitələri ölkəmizdə hələ yeni inkişaf mərhələsindədir və bir çox hallarda faydalı hesab olunur. Xüsusilə, paytaxtın sıx nəqliyyat axını olan yerlərində skuterlər çevik və sürətli hərəkət imkanı yaradır. Buna görə də yaxın dövrdə onların qadağan edilməsi gözlənilmir," - deyə ekspert əlavə edib.

Избранный
55
4
day.az

5Источники