RU

Dövlət Komitəsində kollegiya iclası keçirilib (FOTO)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsində növbəti kollegiya iclası keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, bu il beşinci ildönümüqeyd olunacaq Böyük Zəfərdən dərhal sonra işğaldan azad edilmişərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanmışbərpa-quruculuq işlərinin hazırda daha da genişləndirildiyini,həmin ərazilərə Böyük Qayıdışın uğurla həyata keçirildiyinivurğulayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev artıq bölgəmizdəmöhkəm və davamlı sülhün təməlinin qoyulduğunu diqqətəçatdırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin sülh təşəbbüslərininAzərbaycanın hərtərəfli inkişafına güclü təkan verdiyibildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birincivitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmişərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasınındaim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağahazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissidoğurur.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramınınprioritet istiqamətləri üzrə tədbirlərin, işğaldan azad edilmişərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinəqayıdışın təşkili və gedişi, məcburi köçkünlərə göstərilən kommunalxidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, statuslabağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, komitənin Mənzilİstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qışmövsümünə hazırlıq və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiqstruktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar,rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinintapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsiüçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraqbildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü,təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilənkompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təminolunmalıdır.

Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlarqəbul olunub və tapşırıqlar verilib.

Dövlət
Dövlət
Dövlət
Dövlət
Избранный
76
14
az.trend.az

10Источники