RU

Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 189 nəfər saxlanılıb

Türkiyənin 17 vilayətində kibercinayətləri hədəf alan əməliyyatlarda 189 şübhəlinin saxlanıldığı açıqlanıb.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb."Son bir həftə ərzində kibercinayətləri hədəf alan əməliyyat tədbirləri nəticəsində 189 şübhəli saxlanılıb, 83 nəfər həbs edilib, 47 nəfərə qarşı məhkəmə nəzarəti tədbirləri həyata keçirilib. Araşdırmalar davam etdirilir",- Yerlikaya bildirib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
36
missiya.az

1Источники