Yazını böyüt 
Yazını kiçilt 
Göyərtəsində iki nəfər olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus OA-1K “Skyraider II” təyyarəsi cümə axşamı günortadan sonra qəzaya uğrayıb.
Hafta.az xəbər verir ki, bu barədə Oklahoma Milli Qvardiyası məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində iki heyət üzvü - biri mülki podratçı, digəri isə ABŞ Hərbi Hava Qüvvələrinin heyət nəfəri olub.
Hadisə baş verən zaman təyyarə təlim missiyasında olub.
Xəsarət alan olmayıb.