RU

İmamoğlu casusluqda təqsirləndirilir

ain.az, Azvision saytına istinadən bildirir.

Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, istintaq çərçivəsində Əkrəm İmamoğlunun keçmiş kampaniya rəhbəri Nəcati Özqan, həmçinin "Tele 1" telekanalının sahibi və baş redaktoru Mərdan Yanardağ saxlanılıblar. Bildirilib ki, bu gün səhər saatlarında adıçəkilən telekanalda və Mərdan Yanardağın evində polis axtarış aparıb, iş ilə əlaqədar müəyyən maddi sübutlar, o cümlədən məxfi hərbi sənədlər və xarici pasportlar aşkarlanaraq götürülüb. İttihama əsasən, Əkrəm İmamoğlu, Nəcati Özqan və Mərdan Yanardağ "xarici ölkələrin lehinə casusluq fəaliyyətində, varlanmaq məqsədilə cinayət təşkilatı qurmaqda" təqsirləndirilirlər. Korrupsiya ittihamı ilə hazırda həbsdə saxlanılan Əkrəm İmamoğlu yeni ittihamlar əlaqədar bir daha dindiriləcək. Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
122
1
azvision.az

2Источники