ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Rusiya uzaqmənzilli “Tomaqavk” və ya “Taurus” raketlərinin mümkün hücumlarına bütün silahlarla cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu hərbi analitik İqor Korotçenko deyib.
“Amerikalı və ya alman hərbçiləri Ukrayna ərazisindən Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı uzaqmənzilli silahlardan istifadə edərlərsə , biz konkret NATO ölkələrinə qarşı istənilən cavab reaksiyasına əl atmaq hüququna malik olacağıq”, – o bildirib.
Korotçenko əlavə edib ki, Rusiya indiki vəziyyətdə təmkinlə, lakin qətiyyətlə hərəkət edir:
“Kreml həqiqətən zəruri olan yerlərdə nüvə silahından gecikmədən və tərəddüd etmədən istifadə edəcək”.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.