RU

Xəzər İbrahim: Vaşinqton sazişi hər kəs üçün əla fürsət yaradır  

Vaşinqtonda avqustda imzalanmış saziş tayı-bərabəri olmayan sıçrayışdır, tarixidir və hər kəs üçün əla fürsət yaradır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib. Diplomat bildirib ki, Azərbaycan ondan mümkün qədər istifadə edəcək və irəli aparacaq.

“Azərbaycan Prezidenti Ermənistana ölkə ərazisindən istənilən tranzitə icazə verib. Düşünürəm ki, Ermənistanın baş naziri Paşinyan da bunu yüksək qiymətləndirib və yəqin ki, bununla bağlı müəyyən qarşılıqlı fəaliyyətlər olacaq. 90-cı illərin əvvəllərində müzakirələrimizdə o mesajı verməyə çalışırdıq ki, birlikdə hərəkət etsək, bu, hamımıza fayda verər. Amma bu baş vermədi. Yalnız indi gerçəkləşdi. Azərbaycan ABŞ-ın və bəzi digər tərəfdaşların böyük dəstəyi ilə iki ölkənin bir yerdə olmasına nail oldu”, - deyə səfir əlavə edib.

Избранный
8
6
azerbaijan-news.az

7Источники