RU

İmişli Kəpəz in qonağıdır

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Misli Premyer Liqasının IX turunun ilk oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, iki bölgə klubu Böyük Qafqazın ətəyində üz-üzə gələcək.

"Kəpəz" "İmişli"ni qəbul edir. Mövsümdə ilk qələbəsini ötən tur rəsmiləşdirən "sarı-göylər" heç şübhəsiz ki, ikinci qalibiyyətini qazanıb düşmə zonasından uzaqlaşmaq istəyir. Ancaq qonaqlar da asan yem deyil. Geridə qalan turlar göstərdi ki, "pələnglər" sona qədər mübarizə aparmağı bacaran, intizamlı oyunu seçilən kollektivdir. Sonda kimin güləcəyini isə 90 dəqiqənin tamamında biləcəyik.

Qeyd edək ki, hesabat turunun digər matçları sabah və bazar günün baş tutacaq.

Misli Premyer Liqası

I dövrə, IX tur

17:00. "Kəpəz" - "İmişli"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam MəmmədovVAR: Cavid CəlilovAVAR: Müslüm ƏliyevHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Eldar MəmmədovQəbələ. Şəhər stadionu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
sport24.az

1Источники