Sea Breeze
“Meta” şirkəti qlobal miqyasda ən böyük məlumat mərkəzi layihəsini maliyyələşdirmək məqsədilə “Blue Owl Capital” şirkəti ilə 27 milyard dollarlıq maliyyə sazişi imzalayıb.Valyuta.az xəbər verir ki, şirkətin indiyədək həyata keçirdiyi ən iri özəl kapital razılaşması çərçivəsində “Meta”nın Luiziana ştatında inşa ediləcək layihədə təxminən 20 faiz paya sahib olacağı bildirilib.Layihənin əsas hissəsi “Blue Owl Capital” tərəfindən idarə olunan fondlara məxsus olacaq. “Blue Owl” birgə müəssisəyə təxminən 7 milyard dollar nağd vəsait yatıracaq, “Meta” isə bu razılaşmadan 3 milyard dollarlıq birdəfəlik ödəniş əldə edəcək.Rişland Pariş bölgəsində “Hyperion” adı ilə planlaşdırılan məlumat mərkəzinin, ChatGPT və “Google Gemini” kimi süni intellekt alətlərinin əsasını təşkil edən böyük dil modellərinin təlimini dəstəkləmək üçün 2 gigavattdan çox emal gücü təmin edəcəyi gözlənilir.“Morgan Stanley”nin hesablamalarına əsasən, “Alphabet”, “Amazon.com”, “Meta”, “Microsoft” və “CoreWeave” kimi böyük texnologiya şirkətləri cari il ərzində süni intellekt infrastrukturu üçün ümumilikdə 400 milyard dollara yaxın sərmayə xərcləyəcək.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX