RU

İtaliya universitetləri daha 49 fələstinli tələbəyə təqaüd verib

Roma, 23 oktyabr, AZƏRTAC

Fələstindən olan daha 49 tələbəyə İtaliya universitetləri tərəfindən təqaüd verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin tələbələr “Universitet dəhlizləri” adlı təşəbbüs çərçivəsində İtaliyaya qəbul olunacaqlar. İtaliyanın ümumilikdə 22 universiteti bu tələbələri qəbul edəcək. Onlar xüsusi reyslərlə paytaxt Romanın “Ciampino” hava limanına gələcək, bir qrup isə Milan “Linate” aeroportuna göndəriləcək.

Bununla da, İtaliyada təqaüd verilən fələstinli tələbə və tədqiqatçıların sayı 88-ə yüksələcək. İtaliya universitet sistemi Qəzzadan olan tələbə və tədqiqatçılara 150-dən çox təqaüd ayırıb və bu, ölkədəki 41 universiteti əhatə edən layihənin bir hissəsidir.

Tələbələrlə birgə ailələrinə qovuşmaq üçün daha 16 Fələstin vətəndaşı da İtaliyaya gələcək. İtaliyada indiyədək təxminən 1200 fələstinlini qəbul edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
58
2
azertag.az

3Источники