RU

Xabi Alonso Kənan Yıldızdan ötrü “Real”ın bütün oyunçularını satmağa hazırdır

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Real Madrid” “Yuventus”un türk vingeri Kənan Yıldızı almaqda maraqlıdır.

İdman.Biz bildirir ki, bu barədə agent Covanni Brançini “Tuttomercatoweb”ə deyib.

Brançininin sözlərinə görə, “kral klubu”nun baş məşqçisi Xabi Alonso 20 yaşlı cinah oyunçusunu almaq üçün hücumçu Kilian Mbappe istisna olmaqla, komandanın istənilən oyunçusunu satmağa hazırdır.

Yıldız bu mövsüm bütün turnirlərdə 14 matçda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
92
1
icma.az

2Источники