RU

Putin hazırlıqlara başladı: Rus ordusu çoxlu nüvə raketləri toplayır

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Müdafiə Nazirliyi nüvə başlıqları daşıyan “Kalibr” qanadlı raketlərinin böyük partiyasını sifariş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici KİV satınalma sənədlərinə istinadən məlumat dərc edib.

“Xüsusi döyüş başlığı olan 56 raket üçün müqavilənin 2024-2026-cı illər arasında tamamlanması planlaşdırılır. Sifariş Rusiyanın Novator konstruktor bürosu tərəfindən alınıb. Bu raketlər Rusiyanın freqatlarında, korvetlərində, kiçik raket gəmilərində və sualtı qayıqlarda yerləşdirilir. Vaxtaşırı Novorossiyskdən Rusiyanın Qara Dəniz Donanması tərəfindən buraxılır.

Raket inertial peyk yönləndirmə sisteminə malikdir və aşağı hündürlükdə uça bilir. Bu da hava hücumundan müdafiə sistemlərinin aşkarlamasını çətinləşdirir. Rusiya ordusu üçün nəzərdə tutulan raketlərin uçuş məsafəsi 1500-2500 km qiymətləndirilir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
121
globalinfo.az

1Источники